POPULYARXƏBƏRLƏR

Sadəliyin və haqqa tabe olmağin yolu – TƏVAZÖKARLIQ

Təvazökarlıq – sadə olmaq, haqqa boyun əymək və haqqı qəbul etmək deməkdir. Təvazökarlığın az olması təkəbbürün əlaməti, həddindən çox olması isə alçalmadır. Bundan başqa, həddini aşmış təvazökarlıq, nəfsdə lovğalığın əlaməti olaraq da təzahür edə bilər. Bu həssas məsələdə tarazlığı saxlamaq lazımdır.

Peyğəmbərimizdən sonrakı nəslin böyük alimi olan Həsən Bəsriyə görə təvazökarlıq, bir insanın ətrafında olan müsəlmanları özündən üstün bilməsidir. Dünya həyatında insanları bəzəyən ən mühüm zinət – təvazökarlıqdır. Bu xislət, bəndə olmağın əsaslarındandır. Heç nəyi olmayan, bütün ehtiyaclarını hər şeyə qadir olan Rəbbinə ərz edən bir insandan başqa cür hərəkət gözləmək də olmaz. Elə olsa, bu, həqiqətin əksinə bir hərəkət olar. Çünki təkəbbür, öyünmə və eqoizm dünya ilə insan arasına çəkilən mənfi bir pərdədir. Bu pərdəni qaldırmamış heç nəyi olduğu kimi görmək mümkün deyil. Özünü bəyənənlərin təsəvvüründəki aləm, həqiqətlə müqayisədə tamamilə fərqlidir. Bu xəyallardan ayılaraq hadisələrin həqiqi üzünü görə bilməyənlər, xətaya düşməkdə, başqalarından çox özlərini aldatmaqda, ən pisi isə Allah-Təalanın qəzəbinə və özlərinin bədbəxtliklərinə düçar olmaqdadırlar. Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

"Kim Allah-Təalanın rizası üçün bir zərrə təvazökarlıq göstərsə, bu səbəblə Allah onu bir dərəcə yüksəldər. Kim də Allaha qarşı bir zərrə təkəbbür göstərsə, Allah da onu bu səbəblə bir dərəcə alçaldar, axırda da onu əsfəli-səfilinə (aşağılardan da aşağıya) atar" (İbn Macə, Zöhd, 16 ).

Qürur və təkəbbürün nə qədər pis bir xasiyyət olduğunu göstərən digər bir hədisdə isə belə buyurulur:

"Üç tip insan var ki, qiyamət günü Allah, onları nəzərindən uzaq tutar, üzlərinə baxmaz və onlara haqq qazandırmaz. Həm də onları şiddətli bir əzab gözləyir.

Rəsulullah (s.ə.s) bu cümləni üç dəfə təkrarladıqdan sonra Əbu Zərr: "Bunlar başdan-ayağa məhrumiyyətə və pərişanlığa məruz qalıblar. Kimdir bunlar, ey Allahın Elçisi?" deyə soruşmuş və Həzrəti Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur:

"Onlar paltarini təkəbbürlə yerlə sürüyən, etdiyi yaxşılığı başa vuran və yalan yerə and içərək malını yaxşı qiymətə satmağa çalışanlardır"
(Muslim, İman, 171).

Hədisdən də başa düşüldüyü kimi, lovğalanmaq və özündən razı olmaq insanı axirətdə Allah-Təalanın mərhəmətindən, nəzərindən və müdafiəsindən məhrum edib, onu acı bir əzaba düçar edəcək qədər pis bir xislətdir. Bu cür insanlar həqiqət yolundan çıxmaqla bərabər, ətrafdakı adamlar tərəfindən də sevilmirlər. Təvazökarlıq isə insanı həqiqətə alışdırır və eyni zamanda onu ucaldır. Bir mütəfəkkirin bu barədə belə demişdir: "İctimai həyatda hər kəsin gördüyü və göründüyü, mərtəbə adlanan bir pəncərə var. Boyu qısa olanlar o pəncərədən görünə bilmək üçün təkəbbürlə yuxarı can atdığı halda, böyüklər təvazökarlıqla aşağı əyilirlər. Hər bir insanda böyüklük təvazökarlıqla, kiçiklik isə təkəbbürlə ölçülür".

Nəticə etibarilə, bütün insanlar təvazökarları qeyri-ixtiyari sevərlər. Çünki hər şey kimi sevgi də yuxarıdan aşağıya doğru axır.

Allah-Təala təvazökar olmağı ilk növbədə ən sevimli bəndəsi olan Peyğəmbərimizə (s.ə.s) əmr etmişdir. Belə ki, bir gün Rəsulullah Cəbrayıl ilə söhbət edirmiş. Bu vaxt səmadan bir mələk enir. Cəbrayıl bu mələyin dünyaya ilk dəfə endiyini söyləyir. Mələk Həzrəti Peyğəmbərə xitab edərək deyir: "Ya Muhəmməd! Məni sənə Rəbbin göndərdi. Soruşur ki, hökmdar peyğəmbər olmaq istəyirsən, yoxsa qul peyğəmbər?". Bunu eşidən Peyğəmbərimiz çevrlib Cəbrayıla baxır. O da təvazökar olmağına işarə edərək, "Ey Allahın Rəsulu, Rəbbinə qarşı təvazökar ol!" deyir. Rəsulullah (s.ə.s) da: "Qul (bəndə) peyğəmbər olmaq istəyirəm" buyuraraq müstəsna bir təvazökarlıq nümunəsi nümayiş etdirir və bu seçimdən sonra bəndəlik, insanın çata biləcəyi ən şərəfli mövqe olur (İbn Hənbəl, II, 231; Heysəmi, IX, 18, 20).

Rəsulullah (s.ə.s) ona həddindən artıq hörmət göstərənlərə, "Siz məni haqqım olan dərəcədən yuxarı qaldırmayın! Çünki, uca Allah məni rəsul etməmişdən əvvəl bəndə olaraq yaratmışdı" (Heysəmi, IX, 21) deyə xəbərdarlıq edərək bəndə olmağın qiymətini bildirmişdir.

Abdullah İbn Cubeyr (r.a) nəql edir: "Bir gün Peyğəmbərimiz bir qrup sahabəylə yol gedərkən onlardan biri örtüklə Allah Rəsulunu günəşdən qorumaq istəyir. Rəsulullah kölgəni görüb başını qaldırır və bir nəfərin ona kölgə saldığını görür. Həmin şəxsə: "Yığışdır bunu, mən də sizin kimi bir insanam!" deyir və örtüyü kənar edir (Heysəmi, IX, 21).

Peyğəmbərimiz Uca Allahın sevimlisi və insanların ən şərəflisi olmasına baxmayaraq heç kimin göstərə bilməyəcəyi təvazökarlığı göstərmiş, insanların arasında cəmiyyatin adi bir fərdi kimi yaşamışdır. Abbas (r.a) bir dəfə Rəsulullaha belə dediyini rəvayət edir: "Ya Rəsulullah! Bəlkə özünüz üçün bir taxt düzəldib onun üstünə çıxasınız? Görürəm ki, camaat sizi narahat edir". Bunun cavabında Allah Rəsulu belə buyurur:

"Xeyr! Allah məni onların içindən çıxarıb rahatlığa qovuşdurana qədər (yəni ölənə qədər) onların arasında olacağam. Qoy ayağımı tapdasınlar, paltarımı dartışdırsınlar, qaldırdıqları toz məni narahat etsin!" (İbn Sad, II, 193; Heysəmi, IX, 21).

Bu böyük təvazökarlığına görə, Peyğəmbərimiz nə bağlı qapı və ya pərdə arxasında gizlənir, nə də qabağına yemək gətirilirdi. Torpağın üstündə oturar, yerdə yemək yeyər və "Mən də hər bir bəndənin yaşadığı kimi yaşayır, yediyi kimi yeyirəm!" buyurardı (İbn Sad, I, 372). Kölələr belə arpa çörəyinə dəvət etdikdə, dəvətlərini qəbul edər (Heysəmi, IX, 20), uşaqlara belə salam verərdi (Buxari, İsti’zan, 15).

Hz. Ömər belə nəql edir: Bir dəfə Peyğəmbərdən (s.ə.s) umrə üçün icazə istədim. İcazə verdi və "Duanda məni də yada sal, sevimli qardaşım!" buyurdu. Rəsulullahın (s.ə.s) bu sözünün əvəzində mənə dünyaları versəydilər, bu qədər sevinməzdim". (Əbu Davud, Vitr, 23).

...Bir gün Peyğəmbərimizlə bir yerdə bazara getmişdim. Peyğəmbər oradan paltar aldı. Dərhal yaxınlaşıb əlindən almaq istədim. O isə bundan imtina edib belə buyurdu:

"İnsanın öz əşyasını özünün aparmağı daha məqsədəuyğundur. Ancaq apara bilmirsə, o halda müsəlman qardaşı ona kömək edər" (Heysəmi, V, 122).

Allah Rəsulu kiminsə özünü yoldaşlarından fərqli görməsini xoşlamazdı. Bir dəfə səfərdə olarkən səhabələrinə qoyun kəsib bişirməyi əmr edir. Səhabələrdən biri qoyunu kəsməyi, o biri soymağı, digəri isə bişirməyi öz öhdəsinə götürür. Peyğəmbər də odun yığmağı öz öhdəsinə götürür. Səhabələr: "Ya Rəsulullah! Onu da biz edərik, sən işləmə" dedikdə, Həzrəti Peyğəmbər belə buyurur:

"Bilirəm ki, siz mənim də işimi görə bilərsiniz. Ancaq mən özümü sizdən üstün tutmağı xoşlamıram. Çünki Allah-Təala bəndəsinin özünü yoldaşlarından üstün tutmağını sevmir" (Kastallani, I, 385).

Rəsulullah, həm dövlət başçısı, həm də ordu komandiri kimi yüksək dərəcələrə sahib olduğu halda, tayı-bərabəri olmayan bir təvazökarlıq nümunəsi nümayiş etdirmişdir. Onun fəthdən sonra Məkkə şəhərinə girişi təvazökarlığın ən gözəl nümunələrindəndir. Orada olan səhabələr bu hadisəni belə nəql edirlər:

Rəsulullah (s.ə.s) Məkkəni fəth etməyə gedən ordunun önündə idi. Zəfər nəsib olandan sonra dəvəsinin üstündə Məkkəyə girəndə, Uca Rəbbinin qarşısında başını elə təvazökarlıqla əymişdi ki, saqqalının ucları az qala dəvəsinin yəhərinə dəyirdi. O əsnada dayanmadan: "Ey Allahım! Həyat ancaq axirət həyatıdır!" deyirdi (Vaqidi, II, 824; Buxari, Riqaq, 1).

Belə bir təvazökarlığın mahiyyətində, məqam və mövqeyə heç bir qiymət verməmək durur. Onun nəzərində həyat, ancaq axirət həyatı idi və bir-birilə yarışanlar da bunun üçün yarışmalı idilər.

Bütün bu rəvayətlərdə gördüyümüz misallar, onun yüksək təvazökarlığının sadəcə parıltılarıdır. O isə, onun haqqında bəhs etdiklərimizdən daha yüksəklərdədir. Çünki təvazökarlıq onun şüarı olmuşdur. Ümmətinin vəzifəsi də onun izi ilə gütmək və işıqlı yolundan dönməməkdir.

Abbas QURBANOV
İlahiyyat elmləri namizədi
([email protected])

 



Yerləşdirilib:20 Noyabr, 2007  23:33, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com