Oxucu sual verir: Matəm ayları nə zaman bitir və nə zamandan şadlıq mərasimləri keçirmək olar?
Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyni (ə) sevən, onun və silahdaşlarının ürəkağrıdan müsibətinə kədərlənən müsəlmanlar hər ilin iki ayında – mühərrəm və səfər aylarında matəm saxlayırlar. Bu iki ayda çox gülüb sevinmək, şadlı məclisləri təşkil etmək, əylənmək bəyənilmir. Çünki bu kimi hərəkətlər Kərbəla şəhidlərinin ruhuna və ilk növbədə Peyğəmbərə (s) ehtiramsızlıqdır. Hələ XVI əsrdə dahi Füzuli qəsidələrinin birində yazırdı:
Mühərrəm ayı gəldi, şadlıq etmək haramdır,
Bu ayda matəm saxlamaq şəriətə ehtiram göstərmək deməkdir.
Bildiyimiz kimi, səfər ayının 20-də (ərbəin günündə) Aşura şəhidlərinin qırxı tamam olur və matəmin onlarla bağlı hissəsi qurtarır. Amma ənənə üzrə bundan sonrakı 10 gün ərzində də matəm davam edir (bu il Səfər ayının son günü noyabrın 18-nə təsadüf edir). Çünki səfər ayının son günləri Həzrət Mühəmməd Peyğəmbərin (s), İmam Həsənin (s) və İmam Rzanın (ə) vəfat günləridir. Beləliklə, mühərrəm ayı başlayandan səfər ayının sonuna kimi, yəni tam iki ay müddətində şənlik məclislərindən imtina etmək və matəm əhvali-ruhiyyəsində olmaq bəyənilir.