Seyyid Əli Qazı: “Gecə namazını tövsiyə edirəm. Möminlər üçün gecə namazından imtina etməyə heç bir bəhanə yoxdur. O adama təəccüb edirəm ki, kamilliyə çatmaq istəyir, halbuki gecə namazına qalxmır. Heç kəsin gecə namazından savayı hər hansı vasitə ilə uca məqama çatmasını eşitməmişik”.
("İrfan əlifbası: ariflərdən öyüdlər" kitabından)