Ayətullah Behcət: “...Günah anlayışı yalnız məşhur böyük günahlara aid deyil. Kiçik günahlarda israr etmək də böyük günahdır. Məsələn, tabeçilikdə olan adamı qorxutmaq üçün tərs-tərs baxmaq haram olan əziyyət növüdür. (Allaha) asi olan adamı təşviq etmək üçün gülümsəmək günaha yardımçı olmaq deməkdir...”
("İrfan əlifbası: ariflərdən öyüdlər" kitabından)