Oxucu sual verir: Hamiləliyin qarşısını almaq üçün vasitələrdən istifadə etmək olarmı?
Hamiləliyin qarşısını halal yollarla almaq icazəlidir. Amma unutmaq olmaz ki, haram yollarla, məsələn, abort etdirməklə hamiləliyə son vermək qadağandır və qətlə bərabər olan böyük günahdır. Eləcə də, kişinin və ya qadının özünü həmişəlik sonsuz etməsi üçün əməliyyata getməsi günahdır. Hamiləliyin qarşısını almaq üçün həb və dərmanlardan, spiral kimi vasitələrdən istifadə etmək icazəlidir. Amma bu şərtlə ki, əvvəla, bu, insanın həmişəlik sonsuz olmasına gətirib-çıxarmasın. İkincisi, qadın hamiləliyə qarşı vasitələrə müraciət etmək istəyəndə ərindən icazə almalıdır.