Ərəb Dövlətləri Liqasının Baş katibi Nabil əl-Ərəbi Somalidə yaşanan humanitar böhranın qarşısının alınması üçün Azərbaycan tərəfindən ayrılmış 100 min ABŞ dolları məbləğində yardıma görə xarici işlər naziri Elmar Məmmədyarova təşəkkür məktubu göndərib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumt görə, məktubda Somalidəki müsəlman bacı-qardaşların çəkdikləri iztirabların yüngülləşdirilməsi üçün çevik və səxavətli maliyyə tövhəsinə görə Azərbaycan Hökumətinə dərin minnətdarlıq bildirilir. Eyni zamanda bu addımın Ərəb dünyası ilə Azərbaycanı bağlayan tarixi əlaqələrin danılmaz təzahürü olduğu vurğulanır.
SalamNews