Oxucu sual verir: Fəcr namazı hansı namazdır?
Gündəlik namazların bəziləri dini ədəbiyyatda fərqli adlarla qeyd edilir. Məsələn, məğrib namazına bəzən şam namazı deyirlər. İşa namazının adını isə bəzən xiftən şəklində yazırlar. Bu, dil fərqindən və digər səbəblərdən qaynaqlanan məsələdir. Sübh namazını da bəzən fəcr namazı adlandırırlar. Ərəb dilində fəcr – suyun axması üçün yolunu açmaq, su üçün yol çəkmək, kanal qazmaq mənalarını verir. Səhər çağı Günəşin şəfəqləri gecəni yarıb özünə yol açdığı üçün günün həmin vaxtına fəcr deyirlər.