ABŞ-ın Bakıdakı səfirliyinin iqamətgahında dünən axşam iftar mərasimi təşkil edilib. Mərasimdə Azərbaycandakı bütün dini konfessiyaların başçıları, bəzi ölkələrin səfirləri, habelə ABŞ səfirliyinin əməkdaşları iştirak ediblər.
SalamNews-un verdiyi xəbərə görə, mərasimdə çıxış edən səfir Metyu Brayza müqəddəs Qədr gecəsi günündə iftar süfrəsinin sahibi olmaqdan şərəf duyduğunu bildirib. Diplomat deyib ki, oruc haqqında müsəlmanlardan öyrənib: “Fiziki baxımdan çətin olsa da, sonradan bildim ki, əvvəl çətin olan oruc sonradan asanlaşır. Bu, insan həyatının ən gözəl anlarından biridir. Çünki insan Allahı öz gündəlik həyatına daxil edir. Mələklərin göydən yerə endiyi bu ayda dualar aydın eşidilir”.