Tripolinin Əbu Səlim rayonunun xəstəxanalarının birində 200-dən artıq cəsəd aşkarlanıb. Onların arasında uşaqlar və qadınlar də var. Həkimlər Tripoli uğrunda döyüşlər başlayarkən xəstəxananı tərk ediblər.
Sağ qalan xəstələr bir həftə ərzində cəsədlərin arasında qaldıqlarını bildiriblər.
Hadisə yerində olmuş BBC jurnalisti bu adamların necə öldüyünü dəqiq müəyyən etməyin mümkün olmadığını bildirib.