Bu gün Bakıda İsrail səfirliyi qarçısında keçirilən aksiya iştirakçılarından ikisi məhkəmə qərarı ilə müxtəlif cəzalar alaraq həbs ediliblər. Daha 3 nəfər isə inzibati qaydada cərimə olunaraq sərbəst buraxılıblar.
Daha 3 nəfər isə inzibati qaydada cərimə olunaraq sərbəst buraxılıblar.
SalamNews xəbər verir ki, saxlanılan Tovhid İbrahimbəyov 7 gün, Elxan Hüsyenov isə 5 gün azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 40-a yaxın din adamı bu gün Beynəlxalq Quds günü münasibəti ilə İsrail səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiyada 30-a yaxın dindar hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.