Liviya nümayişçiləri bütün güclərini Liviya diktatoru Muammar Qəzzafinin axtarışlarına sərf edib. Qəzzafinin özü isə son audio-müraciətində bildirib ki, hazırda o, əlçatmaz yerdədir. “Mən milyonların qəlbindəyəm”, - deyə Qəzzafi iddia edib, - “Evronyus” xəbər verir.
40 il ərzində Liviya rejiminə rəhbərlik etmiş bir şəxs gizlənmək üçün özünə xeyli yer düzəldib. Hazırda nümayişçilər Qəzzafinin nəzarəti altında olan doğma şəhəri Sirt və Sebha səhrası uğrunda döyüşlər aparır. Burada böyük hərbi və aviasiya bazaları yerləşir. Əgər Qəzzafi Sebhaya çatarsa, o rahatlıqla Nigeriyaya və ya Çada keçə bilər.
Daha bir versiya budur ki, Qəzzafi Tripolinin cənub-qərbində “Riksos” hotelinin altında yaradılmış saraydadır. Liviya mənbələrindən bildirilib ki, Muammar Qəzzafi hazırda CAR-da və ya Venesuelada ola bilər.
/Deyerler.Org/