Daha çox 2010-cu ilin ikinci yarısında yaydığı gizli sənədlərlə populyarlıq qazanan "Wikileaks" saytı yenidəın aktivləşib. "Wikileaks" tərəfindən yeni açıqlanan sənədlərdən biri Liviya diktatoru Muəmmar Qəzzafi haqqındadır.
Yayımlanmış sənədlərdə qeyd olunur ki, ABŞ diplomatları dünənə qədər Qəzzafi ilə qürur duyduqlarını bildirirdilər, amma ölkədə xalq hərəkatı başlayandan sonra fikirlərini dəyişərək Qəzzafi ilə əlaqələrini kəsməyə başladılar. Liviya xalqı Qəzzafi rejimi ilə ABŞ hökuməti arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu çox gözəl bilirdi. "Wikileaks" "Twitter" sosial şəbəkəsi vasitəsilə Liviya-ABŞ əlaqələrinə dair 349 gizli sənəd açıqlayıb.
2009-cu ildə amerikalı senator Con Makkeynin Liviya səfərinə geniş yer verən "Wikileaks" yazır ki, hətta görüşlər zamanı Qəzzafi rejimi ABŞ-dan "öldürücü silahlar" da almaq istəyini çatdırıb. Diplomatik mesajlarında Makkeyn Liviyaya hər cür silah satılması müvzusunda Konqresdən lazımlı işlərin görülməsini istəyib.
/Deyerler.Org/