Moskva meri Sergey Sobyanin 2011-ci ilin sonunadək paytaxtda müsəlman bayramlarının keçirilmə planını təsdiq edib.
SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Moskva Şəhər İcra Hakimiyyəti Rusiya Müftiləri Şurası və digər dini müsəlman təşkilatlarının ilin ikinci yarısında kütləvi müsəlman bayramlarının keçirilməsi barədə təklifini qəbul edib.
Agentliyin məlumatına görə, bura əsasən avqustun 30-da keçiriləcək Ramazan bayramı, noyabrın 6-da qeyd olunacaq Qurban bayramı daxildir. Hər iki bayram Memorial "Şühəda" məscidində, Böyük Tatar küçəsindəki qədim məsciddə, Moskva məscidində, həmçinin "Yərdam" məscidində keçiriləcək.