Müqəddəs Ramazan ayı münasibətilə Qusar rayonunda da iftar süfrəsi təşkil olunub. Mərasimdə ilk olaraq məclis iştirakçıları tərəfindən axşam namazı qılınıb, dualar oxunub və on bir ayın sultanı mübarək Ramazanın əhəmiyyəti haqqında danışılıb.
SalamNews-un bölgə müxbiri xəbər verir ki, oruc tutan müsəlmanlar, dini icma rəhbərləri və rayon rəsmilərinin iştirak etdiyi mərasim Qusar Rayon İcra Hakimiyyətinin təşəbbusu ilə təşkil olunub. Mərasimə qatılan dindarlar da təşkilatçılara razılıqlarını bildiriblər. Onlar hər kəsə allahın buyurduğu yola getməyi və pis əməllərdən uzaq olmağı tövsiyyə ediblər.
Sonda bir daha dualar oxunub. Bildirilib ki, Ramazan ayının sonunadək mütamadi olaraq belə məclislər keçiriləcək.
SalamNews-