POPULYARXƏBƏRLƏR

Beynəlxalq Qüds günündə həm də Qübbətüs-Səhra məscidi xatırlanır

Qüdsdə dünyaca məşhur Qübbətüs-Səhra məscidi Əməvi xəlifəsi tərəfindən inşa edilib. Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biridir. Beynəlxalq Qüds gününün qeyd edildiyi bir vaxtda diqqət indi həm də bu məscidə yönəlib.

Bu barədə SalamNews-a məlumat verən QMİ-nin qazisi, Buzovna Cümə məscidinin axundu Hacı Soltan Əlizadə Beytül Müqəddəslə bağlı bunları deyib: "Müsəlman memarların ilk dəfə Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir. “Müəlləq” adlı bir qayanın üzərində inşa edildiyinə görə bu tikiliyə “Qübbətüs-Səhra”, yəni qayanın qübbəsi adı verilib. Hədislərdə bu qaya “sahratullah”, yəni Allahın qayası adlanır. Bu qaya xristianlar və yəhudilər üçün də müqəddəs sayılır. Mömin yəhudilər bu qayanı Allahın kainatı yaratmağa başladığı nöqtə olaraq qəbul edir və ona “Qurtuluş qayası” deyirlər. Xristianlara görə, qiyamət günü Həzrət İsanın (ə) taxtı bu qayanın üzərində qurulacaq. Müsəlmanlar isə Həzrət Peyğəmbərin (s) meraca cıxmasına hörmət əlaməti olaraq buradakı daşı müqəddəs sayırlar.

Xaç yürüşləri zamanı Qüdsün xristianların əlinə keçməsindən sonra məscid “Templum Domini” adlı kilsəyə çevrilib və müxtəlif dəyişikliklərə məruz qalıb. Məscidin şimal hissəsinə xristian keşişlər üçün hücrələr əlavə edilib. Qübbəsinə xaç yerləşdirərək altındakı mağaraya ikonalar qoyulub. Lakin 1187-də Səlahəddin Əyyubi Qüdsü xaçpərəstlərdən geri qaytardıqdan sonra xristianların abidə üzərində elədikləri dəyişikliklər bərpa edilib.

Qüds ərazisi eramızdan əvvəlki dövrlərdə Kənan diyarı adlanıb. E.ə 1450- ci illərdə Misirdən çıxarılan Həzrət Musa (ə) və onun tərəfdarları bu bölgədə məskunlaşıblar. Həzrət Davud (ə) yəhudilərin müqəddəs saydığı “Əhd sandığını” da buradakı Sion təpələrində qurduğu çadırda qoruyub. “Əhd sandığı” Həzrət Musaya (ə) Tanrı tərəfindən göndərilən on əmrin yazıldığı iki lövhənin qorunduğu sandıqdır. Həzrət Davudun (ə) oğlu Həzrət Süleyman (ə) e.ə 965-ci ildə bu müqəddəs qaya üzərində məbəd ucaldıb... Həzrət İsa (ə) ömrünün son günlərini bu məbədin yaxınlığında keçirib.

395-ci ildə Roma imperiyası parçalandıqdan sonra Siyon təpələrindəki müqəddəs qayadan biri üzərində tikilən həmin məbəd Bizans imperiyasının ərazisində qalmışdı. 614-cü ildə məbəd Sasanilərin hücumuna məruz qalıb və şah Xosrov Pərviz tərəfindən dağıdılıb.
Qübbətüs-Səhra tarix boyu müxtəlif hökmdarların diqqət mərkəzində olub, xüsusi həssaslıqla təmir edilib. Səlahəddin Əyyubi şəxsən öz əllərilə qayanın tozunu alıb, məscidi süpürüb və gül suyu ilə yuyub. Əməvilər tərəfindən inşa edilərkən binanın çöl üzü Bizans üslublu mozaikalarla bəzədilib. Bu mozaikaların İslam memarlığı ilə uyğun gəlmədiyini düşünən Osmanlı hökmdarı Sultan Süleyman tikilini əsaslı şəkildə təmir etdirib və zədələnmiş xarici mərmər mozaikalar çini kaşılarla əvəz olunub. Yəhudi dininə hörmət əlaməti olaraq Memar Sinan “Ağlaşma divarı”nı bərpa edib, ətraf ərazilərdə abadlıq işləri aparılıb. 1927-ci ildə Fələstində baş verən zəlzələ nəticəsində zədələnən abidə İordaniya, Türkiyə və digər Ərəb ölkələrinin yardımı ilə əsaslı təmir edilib.

Onun sözlərinə görə, məscidin əsas qayəsi və əhəmiyyəti isə onun vaxtilə islam ümmətinin qibləsi olmağı ilə bağlıdır: “Peygember (s) Məkkədə namaz qılarkən elə dayanırdı ki, mübarək üzü Beytül muqəddəsə düsürdü. O həzrət 13 il bu cür namaz qılıb. Mədinəyə hicrət edəndən sonra da 17 ay bu qayda ilə ibadərt edib. (“Bəqərə” surəsi, 142 və 144-cü ayələrin təfsirində ətrafli məlumat verilir). Yəhudilər deyirdilər ki, onların dini haqq olduğuna görə Məhəmməd (ə) namazını və basqa əməlləri onların qibləsinə üz tutaraq yerinə yetirir.Bu sozlər Həzrət Peygəmbərı (s) cox üzürdü. Onda “Bəqərə” surəsinin 144-cü ayəsi nazil oldu: “(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər… "

Peygember (s) Mədinədə bir məsciddə Zöhr namazı qılan zaman iki rəkətdən sonra Cəbrail (ə) nazil olub Həzrəti namaz üstündə Məkkəyə tərəf döndərir.Həmin məscid o vaxtdan "Məscidil-Qibləteyn" və ya ikiqibləli məscid adlanır.

Hazırda Qübbətüs-Səhra və onun yerləşdiyi Fələstin torpağı əhalisi ilə birlikdə ağır günlər yaşayır. Dünyanın dinc dini mərkəzi olmalı Fələstin , müsəlmanların inanclarına görə sıxışdırılmış ən dözülməz məmləkətə çevrilib. Bu gün bütün dünyada keçirilən Beynəlxalq Qüds günündən məqsədi də baş verənlərə həqiqət işığı tutmaqdır.



Yerləşdirilib:26 Avqust, 2011  13:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com