Oxucu sual verir: İmam Hüseynə (ə) aid edilən Sarullah ləqəbinin mənası nədir?
Ərəb dilindən tərcümədə “sar” qan və qanını almaq mənasını verir. Bəzi mənbələrdə İmam Hüseynin (ə) ləqəbləri sırasında “sarullah” ifadəsi də işlədilir. O cümlədən, Ziyarəti-Aşurada İmam Hüseynin (ə) ruhuna bu cür xitab edilir. İmam Hüseynin (ə) bütün hərəkatı, hədəfi Allaha xatir olduğu üçün onun qanı da rəmzi olaraq sanki Allahın qanına bərabər tutulur. Bu sözün simvolik məna daşıdığını unutmamalıyıq. “Allahın evi”, “Allahın əli”, “Allahın qılıncı”, “Allahın gözü” ifadələri kimi burada da məcazi məna nəzərdə tutulub.
“Sarullah” sözü bəzən “intiqamı Allah tərəfindən alınan” mənasında da şərh edilir. Tarixdə bir çox qiyamların şüarı “ya Sarullah”, “ya lə-saratil-Hüseyn” (ey Hüseynin qanını alanlar) olmuşdur.