Oxucu sual verir: Kərbəlada Yezidin qoşununda da Peyğəmbər səhabəsi olubmu?
Ötən sualların birinə verdiyimiz cavabda qeyd etdiyimiz kimi Kərbəlada İmam Hüseynin (ə) tərəfində vuruşub şəhid olan şəxslərin arasında bir neçə səhabə olmuşdur. Təəssüfləndirici haldır ki, qarşı tərəfdə, Yezidin qoşununda da bir neçə Peyğəmbər (s) səhabəsinin olduğu mənbələrdə öz əksini tapıb. Əlbəttə, on minlərlə əsgərin içində nə qədər səhabə olduğunu söyləmək çətindir. Lakin onların bəzilərinin adı mənbələrdə qeyd edilib. Məsələn, Yezid qoşununun sərkərdələrindən olan Həccac ibn Əmr Zibeydi, Həccar ibn Əbcər, Üzrə ibn Qeys, Küseyr ibn Şəhab və b. Bu şəxslərin səhabə olduğu barədə bəzi mənbələrdə məlumatlara rast gəlmək mümkündür. Qeyd edək ki, adıçəkilən şəxslərin səhabə olub-olmadığı barədə məlumatlar ziddiyyətlidir.