«Əl-Ərəbiyyə» telekanalı Müəmmər Qəddafinin böyük oğlu Məhəmmədin öldürüldüyü barədə məlumat verib. Lakin telekanal bu məlumatların təsdiq olunmadığını qeyd edib.
Məhəmməd polkovnik Qəddafinin birinci nikahdan olan oğludur. O Milli Olimpiya Komitəsinə rəhbərlik edirdi. Siyasətə qarışmayan Məhəmməd Qəddafi mühəndis işləyib və telekommunikasiya sahəsinə rəhbərlik edib. Liviya mobil rabitə sisteminin yaradılması məhz onun adı ilə bağlıdır.