NATO-nun 64-cü hava hücumu nəticəsində Tripolinin Bab-el-Əziz məhəlləsi yerlə yeksən olub.
APA-nın verdiyi xəbərə görə, bunu polkovnik Müəmmar Gəddafi yerli radio ilə xalqa müraciətində bildirib.
O tərəfdarlarının Bab-el-Əziz məhəlləsində iqamətgahını üsyançılara təhvil verməsini "taktiki addım" adlandırıb. "Təcavüzkarlara qarşı mübarizədə yalnız ölüm və ya qələbə ola bilər", - deyib.
Liviyanın Milli keçid Şurası bildirib ki, Tripolidə üç gün gedən döyüşlərdə 400-dən çox insan həlak olub, iki min nəfər yaralanıb.
Xatırladaq ki, Liviyanın Milli Keçid Şurası öz qərargahını iki gün ərzində Benqazidən paytaxt Tripoliyə köçürəcəyini bəyan edib.