Hazırda Martas-Vinyard adalarında istirahətdə olan ABŞ prezidenti Barak Obama Liviyada Qəzzafinin devrilməsi ilə yaranmış vəziyyəti şərh etməkdən imtina edib. Ağ Ev rəhbəri bildirib ki, yaşanan vəziyyət daha aydın olan zaman bunu şərh edəcək, - "İTAR-TASS" xəbər verir.
Biz Liviyada baş verənlərin tam həqiqətə uyğun olduğuna dair bilgi əldə edənə qədər gözləyəcəyik", - deyə Obama jurnalistlərin ona verdiyi suala cavabında bildirib.
"Əl-Cəzirə" telekanalının məlumatına görə, hazırda artıq Liviyanın paytaxtı Tripoli nümayişçilərin əlindədir. Məlumata görə, nümayişçilər yalnız Qəzzafinin iqamətgahı yerləşən Bab əl-Əziz əyalətini ələ keçirmək üçün döyüşləri davam etdirir. Qəzzafinin özünün olduğu yer isə naməlum olaraq qalır.
/Deyerler.org/