Oxucu sual verir: Azyaşlı uşağı tərbiyə etmək və qorxutmaq üçün yalan danışmaq olarmı?
Uşaq tərbiyəsi ən məsuliyyətli işlərdən biridir. Amma bunu halal yolla etmək lazımdır. Heç bir halal işi haram üsullarla etmək olmaz. Yalan danışmaq dinimizdə kəskin surətdə bəyənilməz sayılır. Xüsusilə, azyaşlı uşaqlara yalan danışmaq onların yalana öyrəşməsinə səbəb ola bilər. Uşaq tez-tez öz valideynindən yalan eşitsə, düşünər ki, yalan danışmaq heç də pis iş deyil, özü də yalan danışmağa başlayar. Uşağa düzgün üsullarla tərbiyə vermək, uşaqla düzgün davranmaq lazımdır. Peyğəmbər valideynləri öz uşaqlarına yalan danışmaqdan çəkindirmiş, hətta bunun böyük günah olduğunu buyurmuşdu.