“Azərbaycanın Liviyadakı səfirliyinin əməkdaşlarının həyatı üçün heç bir təhlükə yoxdur. Səfir və diplomatik missiyanın əməkdaşları hazırda məzuniyyədədir”.
Bu açıqlamanı APA-ya Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürova istinadən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elman Abdullayev verib.
XİN təmsilçisi bildirib ki, səfirlik fəaliyyətini davam etdirməkdədir və diplomatlar öz səlahiyyətlərinin icrasını davam etdirmək üçün sentyabrın 5-10-da Liviyaya qayıdacaqlar.
Xatırladaq ki, Liviyada xalq üsyanı başladıqdan dərhal sonra konsulluğumuzun qeydiyyatında olan bütün Azərbaycan vətəndaşları ölkəni tərk ediblər. Tripolidəki diplomatik missiyada yalnız səfir Ağasəlim Şükürov və üç diplomat fəaliyyətini davam etdirib.
Qeyd edək ki, Liviyada üsyançılar hücumla paytaxt Triploini ələ keçiriblər. Şəhərin böyük hissəsi üsyançıların nəzarətindədir. Liviya liderinin üç oğlu artıq həbs edilib, Müəmmər Qəddafinin taleyi isə məlum deyil.