Oxucu sual verir: Alıcı bir malı satarkən onu yalandan tərifləyir və malın eybini gizlədir. Alıcı sonradan bunu başa düşsə alveri poza bilərmi?
Ticarətdə mühüm olan şərtlərdən biri tərəflərin bir-biri ilə düzgün və yalansız davranmasıdır. Satıcı satdığı malın nöqsanını gizlədərsə, nöqsanın üstünü örtərsə və bu barədə alıcıya heç nə deməzsə, günah etmiş olur. Hədislərdə dəfələrlə təkrar edilir ki, müsəlman müsəlmanı aldatmaz, ona xəyanət etməz. Bu işi görən şəxs ilahi əzaba layiq olar. Əgər ticarət zamanı gizlədilən eyib sonradan məlum olsa, həmin ticarət batil sayılır. Bu halda şəriətə görə alıcının alveri pozmaq hüququ var. O, malı qaytarıb öz pulunu geri tələb edə bilər və satıcı bu tələbi yerinə yetirməlidir.