Oxucu sual verir: Möhürün üstündə tünd ləkə qatı yaranıbsa, o möhürdən istifadə etmək olarm?
Möhürün üzərinə uzun müddət səcdə etdikdən sonra tər, dərinin üzərindəki yağ, kir və sair səbəblər üzündən möhürün səthində tünd qat əmələ gəir. Bu ləkə nəm halda görünüb, quruduqdan sonra keçirsə, yaxud möhürün səthini örtməyəcək dərəcədə kiçik və nazikdirsə, o halda həmin möhürdən istifadə etməyin maneçiliyi yoxdur. Əgər bu tünd qat çox qalındırsa və artıq möhürün özü ilə alın arasında maneə yaradırsa, o halda səcdə üçün yararsız sayılır. Bu halda möhürün səthini qaşımaq və ya divara sürtməklə təmizləmək olar. Tünd ləkə yox olandan sonra möhür yenə səcdə üçün yararlıdır. Möhürün qırıntılarına isə hörmətsizlik göstərmək bəyənilmir, qırıntıları gediş-gəlişdən uzaq bir yerə tökmək və ya torpağın altında basdırmaq lazımdır.