Oxucu sual verir: Kişi çox əsəbi halda öz arvadına “çıx get atanın evinə” kimi sözlər desə, bu, talaq sayılırmı?
Şəriətdə talağın bəzi vacib şərtləri nəzərdə tutulmuşdur. Şərtlərdən biri budur ki, kişi talağı son dərəcə əsəbi halda verməməlidir. Əgər əsəbi halda talaq verərsə, batildir. Şəriət baxımından talağın üç dəfə fərqli məclislərdə verilməsinin bir səbəbi də əsəbi halda düşünülməmiş addımların atılmasının qabağını almaqdır. Digər vacib şərt isə talağın sözlərini şəriətdə nəzərdə tutulmuş formada söyləməkdir. Bunun incəlikləri risalələrdə qeyd edilib. Arvadı evdən qovmaq, “çıx get, səni atanın evinə göndərirəm, səni görmək istəmirəm, bu gündən aramızda hər şey bitdi” kimi ifadələr talaq sayılmaz və bunu söyləməklə talaq gerçəkləşməz.