Misir ordusu Sina bölgəsində əməliyyatları davam etdirdiyi bir vaxtda, Fələstinin HAMAS təşkilatı Misirdə terror hadisələrinin törədilməsində şübhəli bilinən radikal qruplaşmaya qarşı anti-terror əməliyyatlarına başlayıb.
Xəbəri Misirin "Əl Misr Əl Yovm" qəzeti yayıb. Verilən məlumata görə, HAMAS qüvvələri radikal qruplaşmanın lideri Mümtaz Daqmaşı həbs edib. O, Misirdə həyata keçirilmiş bir neçə terror aktında günhakar bilinir.
/Deyerler.org/