Soydaşlarımızdan kiminsə zərər çəkməsi ehtimalı azdır, çünki o rayonda azərbaycanlılar yaşamır.
İlkin məlumata görə, Pakistanda məsciddə baş vermiş partlayış nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur”. Bu açıqlamanı APA-ya Azərbaycanın Pakistandakı səfirliyinin üçüncü katibi Çingiz Qəribli verib. Onun sözlərinə görə, hazırda səfirlik partlayış zamanı ölən və yaralananlar barədə məlumatları dəqiqləşdirir, lakin Azərbaycan vətəndaşlarının terror aktından zərər çəkməsi barədə səfirliyə məlumat daxil olmayıb: “Belə bir ehtimal ümumiyyətlə azdır, çünki o rayonda azərbaycanlılar yaşamır”.
Xatırladaq ki, bu gün Pakistanın Camrud şəhərinin Xaybər rayonunda yerləşən məsciddə baş verən partlayış nəticəsində ən azı 40 nəfər ölüb, 100-dən artıq şəxs yaralanıb. Partlayış cümə namazı zamanı baş verib, müxtəlif məlumatlara görə, həmin an məsciddə 300-700 nəfər dindar olub. Terror qurbanlarının sayının artacağı istisna olunmur, xilasedicilər dağıntılar altından adamları çıxarmaqda davam edirlər. Hələlik heç bir təşkilat terror aktına görə məsuliyyəti üzərinə götürməyib.