Camaat namazına başçılıq edən imam öz arxasında duranların namazına, necə deyərlər, cavabdehdir.
Əgər onun namazı pozulsa, arxadakıların da namazının pozulma ehtimalı yaranır. Buna görə də namazı davam etdirə bilməyən imamı dərhal əvəz etmək lazımdır. Əgər imam-camaatın namaz əsnasında dəstəmazı pozulsa gərək imamlıqdan çəkilsin, camaatın namazını pozmadan cərgələrdən imamlıq şərtlərinə cavab verən bir adamı astaca öz yerinə gətirsin. Bundan sonra namazın ardı həmin imamla qılınır. Əgər camaatın içində imamlıq şərtlərinə cavab verən adam yoxdursa, dəstəmazı pozulmuş imam kənara çəkilməli və uca səslə camaatı xəbərdar edib tapşırmalıdır ki, niyyətlərini tək (fürada) namaza çevirsinlər. Camaat da niyyəti fürada namaza döndərib namazı davam etdirməlidir.