Oxucu sual verir: Vacib namaz qılan imam-camaata iqtida edərək müstəhəb namaz qılmaq olarmı? Gündəlik əda namazını qılan imam-camaata iqtida edərək qəza namazı qılmaq olarmı?
Camaat namazına başçılıq edən imam-camaatla ona iqtida edən şəxsin eyni bir namazı qılmaları vacib deyil. Bəzi şərtlər daxilində onların fərqli namaz qılmaları da mümkündür və bu hallarda iqtida edən şəxsin namazı düzgün sayılar. Məsələn, insan öz qəza namazını camaatla qılmaq istəsə, imam-camaatın əda yoxsa qəza namazı qılması fərq etməz. İstər imam-camaat əda namazı, istərsə də qəza namazı qılsın, ona iqtida edərək qəza namazı qılmaq olar. Hətta qılınan namazların fərqli olması da mümkündür. Məsələn, zöhr namazının ədasını qılan imamın arxasında sübh namazının qəzasını niyyət edərək qılmaq olar. Lakin müstəhəb namazlar camaatla qılına bilməz. Məsələn, insan öz gündəlik namazını (istər əda, istərsə də qəza) müstəhəb namaz qılan imamın arxasında qıla bilməz.