Departamenti sionist İsrail rejimini tez bir zamanda Türkiyə ilə aralarında olan böhranı aradan qaldırmağa və türk vətəndaşlarını qətliam etdiklərinə görə üzr istəməyə çağırıb, - "Nyusru" xəbər verir.
ABŞ İsrail rejiminin diplomatlarına izah edib ki, sionist rejim ilə Türkiyə arasında münasibətlərin daha da pisləşməsi Vaşinqtonun Yaxın Şərqdəki maraqlarına zərər vurur.
"Ediot Axronot" adlı sionist qəzetinin məlumatına görə, bu barədə dövlət katibi Hillari Klinton da danışıb. ABŞ hətta sionist rəhbərliyini xəbərdar edib ki, onlar Türkiyə ilə münasibətləri tez bir zamanda qaydaya qoymasalar, BMT-də Fələstinə dəstək verməkdən digər ölkələri çəkindirə bilməyəcəklər. İsrail rejimi isə hələ indiyə qədər üzr istəmək barədə yekun qərar qəbul etməyib.
/Deyerler.org/