Oxucu sual verir: Bədəndən yel xaric olsa, namaz qılmaq üçün dəstəmaz almazdan qabaq yuyunmaq və alt paltarını dəyişmək də lazımdır?
Şəriətə görə, bəzi hallar dəstəmazı batil edər və bu hallar baş verəndə mütləq dəstəmazı təzələmək lazımdır. Hətta namaz qılınan zaman dəstəmaz pozulsa namaz batil olur. Dəstəmazı pozan hallardan biri də bədəndən yel xaric olmasıdır. Əgər bu zaman bədəndən nəcasət də xaric olsa, o halda pak olmaq tələb olunur, paltar bulaşarsa onu dəyişmək lazımdır. Amma bədəndən yel xaric olarkən nəcasət çıxmazsa, nə yuyunmağa, nə də alt paltarını dəyişməyə ehtiyac yoxdur. Yalnız dəstəmaz almaq kifayət edər.