Oxucu sual verir: Cümə günü qılınan zöhr namazının qiraəti ucadan oxunmalıdır yoxsa alçaqdan?
Şəriətə görə sübh namazında, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində qiraət (yəni Fatihə və sonrakı surə) uca səslə oxunmalıdır (bu hökm kişilərə vacibdir, qadınlar astadan da oxuya bilərlər). Amma zöhr və əsr namazları bütünlükdə, eləcə də, məğrib namazının üçüncü rükəti, işa namazının üçüncü və dördüncü rükətləri asta səslə oxunmalıdır. Qəsdən bu qanunu pozan adamın namazı batil sayılar (bilmədən olarsa eybi yoxdur). Lakin bir çox müctəhidlərin rəyinə görə, təkcə cümə günü qılınan zöhr namazı istisnadır. Cümə günü qılınan zöhr namazının birinci və ikinci rükətlərində qiraəti (Fatihə ilə sonrakı surəni) ucadan oxumaq müstəhəbdir. Bir daha qeyd edirik ki, bu, vacib deyil, bəyəniləndir.