Oxucu sual verir: Adam səfərdə ikən günorta namazlarının vaxtı girir, amma Günəş batmamış vətənə qayıdır. Bu adam günorta namazlarını səfərdə qəsrlə qılsa daha yaxşıdır, yoxsa vətənə qayıtdıqdan sonra bütöv qılsa?
Şəriət baxımından səfər şərtlərinə cavab verən hallarda gündəlik namazlardan 4 rükətli olanlar qəsrlə, yəni ixtisarla 2 rükət şəklində qılınır. 2 və 3 rükətlik namazlar (yəni sübh və məğrib namazları) isə eyni şəkildə dəyişilmədən yerinə yetirilir. Səfərdə olan şəxs gündəlik namazları istəsə qəsrlə qıla bilər, istəsə vaxtı keçməmək şərtilə vətənə qayıtdıqdan sonra bütöv şəkildə qılar. Hansı yolu seçmək öz ixtiyarındadır. Lakin namazları öz vaxtının əvvəlində qılmağın böyük savaba malik olduğunu nəzərə alsaq, namazı səfərdə də olsa vaxtın əvvəlində qılmağın daha yaxşı olduğunu söyləyə bilərik.