Misir ordusu Şimali Sinada hərbi əməliyyat keçirib
APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Sina yarımadasına zirehli qoşun çıxardan Misir ordusu keçirdiyi əməliyyatlar zamanı on altı nəfər həbs olunub, bir nəfər ölü ələ keçirilib. Mühafizə xidməti əməkdaşının verdiyi məlumata görə, İsrailə gedən qaz boru xəttinə edilən hücum və Əl-Ariş şəhərindəki polis məntəqəsinə edilən silahlı basqın ilə əlaqədar axtarılan bir nəfər əsgərlərlə atışmada öldürülüb. Sinada silahlı qarışıqlıq yaradan 16 nəfər tutulub ki, onlardan 6 nəfərin İslam Azadlıq Ordusu deyilən bir qruplaşmaya aid olduğu bildirilib. Tutulanların üzərində 3 avtomat və 4 əl bombası aşkar olunub. Misir ordusunun hərbi texnikası İsrail ilə aparılan danışıqlar nəticəsində 32 il aradan sonra mövcud asayişi qorumaq məqsədilə Şimali Sinaya yeridilib.