Yəmənin şimal-şərqində yerli tayfaların nümayəndələri və hərbçilər arasında silahlı qarşıdurma baş verib
APA-nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, hadisə Ərhab bölgəsində qeydə alınıb. Atışmada bir yerli tayfanın 23 nümayəndəsi öldürülüb. Hərbçilərin itkisi barədə məlumat verilməyib.