Türkiyənin "Gazetevatan" saytı "Fırat" xəbər agentliyinə istinadən xəbər verir ki, PKK-ya qarşı birgə əməliyyatlar üçün 500 Türkiyə hərbçisi İranın Urmiya şəhərinin Serdest qəsəbəsinə gəlib. Terror təşkilatına yaxınlığı ilə tanınan "Fırat"ın iddiasına görə, türk əsgərləri polis idarəsindən birinə yerləşdirilib.
Qeyd edək ki, İran PKK terror şəbəkəsinin bu ölkədəki qolu olan PJAK-a qarşı son zamanlar əməliyyatları sürətləndirib. Xeyli sayda terrorçu ölü və ya diri ələ keçirilib. /Deyerler.org/