Döyüş gəmilərinin Suriyanın Lazkiyə şəhərinə atəş açması nəticəsində ölənlərin sayı 26-ya çatıb
APA-nın verdiyi məlumata görə, atəş nəticəsində onlarla insan yaralanıb. Bu, ölkədə qarşıdurma başladıqdan sonra döyüş gəmilərindən Lazkiyənin El Ramil və Kininis rayonlarına atəş açılmasına dair ilk faktdır. Bombalanan bölgədə Fələstin qaçqın düşərgəsi yerləşir, ölənlər arasında fələstinlilərin olduğu ehtimal edilir.