İran ordusunun İraqla sərhəddə keçirdiyi antiterror əməliyyatı zamanı yaxalananlardan birinin Murad Karailan olduğu açıqlanıb.
PKK terror təşkilatının liderlərindən biri olan Murad Karailanın İran ordusu tərəfindən həbs olunduğu barədə xəbər yayılıb. İran ordusunun İraqla sərhəddə keçirdiyi antiterror əməliyyatı zamanı yaxalanan şəxslərdən birinin Murad Karailan olduğu açıqlanıb.
Qeyd edək ki, PKK lideri Abdullah Öcalanın həbsindən sonra terror təşkilatına faktiki rəhbərliyi Murad Karailan edirdi. O, PKK terror təşkilatına 1979-cu ildə qoşulub. Bir çox qətllər və terror hadisələrini törətməkdə ittiham olunan Murad Karailan İnterpol xətti ilə axtarışda olub.(qafqazinfo.az)
İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası rəhbəri Alaaddin Burucerdi, "Fars" xəbər agentliyinə verdiyi açıqlamada terror təşkilatı PKK-nınb iki nömrəli adamını, İran təhlükəsizlik qüvvələrinin ələ keçirdiyini bildirib.
Burucerdi bildirib ki, "Bu xəbərlər doğrudur, İran kəşfiyyatı PKK-nın ikinci nömrəli adamını həbs edib. Kəşfiyyat güclərimiz, PKK kapitanını həbs edərək əhəmiyyətli bir işin öhdəsindən gəliblər.
Qeyd edək ki, Türkiyə mətbuatı həbs olunan PKK liderinin Murat Karayılan olduğunu iddia edirlər. (faktxeber.com)