Oxucu sual verir: İnsan hansı məzhəbdə olmağı özü seçməlidir yoxsa ailəsinin mənsub olduğu məzhəbə inanmalıdır?
Hər hansı məzhəbə inanmaq insanın öz seçiminə bağlı olan məsələdir. Çünki məzhəblərin xarakterini müəyyən edən və onları bir-birindən fərqləndirən əsas xüsusiyyətlər üsuli-din maddələrinə aiddir. Üsuli-dində isə təqlid və tabeçilik olmaz. İnsan özü məzhəblər barəsində araşdırma aparıb düzgün saydığı məzhəbə əməl etməlidir. Bunun üçün başqasının məsləhətindən faydalanması icazəlidir. Həmçinin, valideyn də öz övladının düzgün seçim etməsi üçün ona yol göstərə, məsləhət verə, suallarını cavablandıra bilər. Amma məcbur etməyə icazə verilmir.