Pakistanda pilotsuz uçan obyektlərin zərbələrindən 7 il ərzində 168 uşaq həlak olub. Bu barədə Britaniyanın Araşdırmaçı Jurnalistika Bürosu (The Bureau of Investigative Journalism) məlumat yayıb.
Təşkilatın məlumatına görə, ümumilikdə 7 il ərzində zərbələrdən 385 dinc sakin həlak olub. Bu vaxt ərzində pilotsuz təyyarələr Pakistanın şimal-qərbi rayonlarına 291 dəfə hücum ediblər.