Oxucu sual verir: Oruclu halda bədəndən qan aldırmaq və ya qan vermək olarmı?
Orucluq vaxtı edilməsi günah olmayan, amma bəyənilməyən bəzi əməllər var. Bu əməllər orucu batil etməz, amma onun savabını azaldar. Çünki bu əməllər oruc tutan şəxsin ya mənəvi ya da fiziki vəziyyətinə ziyan yetirir. Oruclu şəxsin fiziki cəhətdən zəifləməsinə səbəb olan qeyri-zəruri əməllər bura aiddir. Qan aldırmaq da insanın zəifləməsinə gətirib-çıxarır. Ona görə də zərurət olmadan, hətta profilaktik məqsədlə qan aldırmaq oruclu adama məsləhət deyil. Amma əlbəttə ki, zəruri hallar istisnadır. Məsələn, xəstəlik yalnız qan aldırmaqla sağalırsa, yaxud başqa bir xəstəyə qan köçürmək tələb edilirsə, bu halda qan aldırmağın (qan verməyin) maneçiliyi yoxdur.