POPULYARXƏBƏRLƏR

Marneulidə təşkil edilən iftar məclisində Gürcüstan Müsəlmanları İdarəsinn fəaliyyətindən narazılıq ifadə edilib

Marneulinin İmam Əli məscidində Kvemo-Kartli bölgə qubernatoru Ramazan bayramı münasibəti ilə iftar məclisi təşkil edib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, belə tədbirin keçirilməsi artıq ənənə halını alıb və üçüncü ildir ki, keçirilir. İftar süfrəsində bölgə qubernatoru David Kirkitadze, oruc tutan müsəlmanlar, mədrəsə və dini cəmiyyətlərin rəhbərləri, rayon və bölgə rəsmiləri, yeni yaradılan Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərlərindən Vaqif Əkbərov, imam Yasin Əliyev iştirak ediblər. İftar məclisini Marneulidə nəşr olunan "Əhli-Beyt" jurnalının baş redaktoru Hacı Rizvan İsmayılov açaraq bütün müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib. Sonra Rizvan İsmayılov bölgə qubernatoru David Kirkitadzeyə və müsəlmanlara müraciət edərək, Marneuli ruhaniləri, bölgədəki "Ali Dini Şura" üzvlərinin GMİ-dən olan narazılıqlarını nəzərə çatdırıb: "Yeni yaradılan Gürcüstan Müsəlmanları İdarəsinin təsisçiləri ruhani təhsilli deyil. İdarənin nizamnaməsindəki bir çox kobud səhvlər var. Bütün bunları, eyni zamanda seçkilər, təsisçilər barədə iradlarımızı, mənfi münasibətlərimizi yazılı şəkildə bölgə rəhbərliyinin nəzərinə çatdırmışıq. Təəssüf edirik ki, bizə cavab verilməyib. Biz dindarların çox böyük dəstəyinə malikik. Buna görə də bölgədə fəaliyyət göstərən mədrəsə, dini cəmiyyətlərin rəhbərləri, ruhanilər, "Ali Dini Şura" üzvlərinin imzası ilə ölkə prezidentinə müraciət etmişik. Gürcüstanın demokratiya yolunda atdığı addımlar bizdə ümid yaradır ki, ölkə rəhbərliyi bu dini problemləri müsbət həll edəcək".
Kvemo-Kartli bölgə qubernatoru iftar məclisində ifadə edilən narazılıqlar barədə açıqlama verməyib. Qubernator APA-ya açıqlamasında bütün müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib və qeyd edib ki, belə iftar məclisləri Bolnisinin Faxralı kəndində, Dmanisidə, Qardabanidə və Gürcüstan paytaxtında təşkil ediləcək.
Rizvan İsmayılov APA-ya açıqlamasında onu da deyib ki, Marneulidəki ruhanilər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fəaliyyətinə qarşı deyil: "Bizim haqqımızda Azərbaycanda mənfi informasiyalar yayılmağa başlayıb. Biz İslam yolunda QMİ-nin həyata keçirdiyi hər hansı tədbiri alqışlayır və gələcəkdə idarənin Gürcüstan nümayəndəliyinin öz işini daha da inkişaf etdirməsini, məscidlərin təmirində fəal iştirakını arzulayırıq".



Yerləşdirilib:12 Avqust, 2011  13:52, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com