Suriya müxalifəti ordu birləşmələrinin 24 mülki şəxsi qətlə yetirdiyi barədə məlumat yayıb.
APA-nın məlumatına görə, ölənlərin əksəriyyəti Livanla sərhəddə yerləşən Kuseyr şəhərininin sakinləridir. Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın dövlət katibi Hillari Klinton dünya ölkələrini Suriyaya qarşı beynəlxalq təzyiqi gücləndirməyə çağırıb. Klinton Rusiya, Hindistan və Avropa ölkələrini Bəşər Əsəd rejiminə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.