Oxucu sual verir: Merac hadisəsi nə zaman olmuşdur?
Həzrət Mühəmməd Peyğəmbərin (s) meracının hansı tarixdə baş verməsi barədə alimlər arasında fikir ayırılığı vardır. Geniş yayılmış məlumata görə, merac hadisəsi hicrətdən əvvəl, Məkkə dönəmində, peyğəmbərliyin 10-cu ilindən sonra (daha dəqiq desək, Əbu Talibin vəfatından sonra) baş vermişdir.
Merac hadisəsinin ayı və günü də dəqiq məlum deyil. Müxtəlif mənbələrdə 17 ramazan, 2 rəbiül-əvvəl, 17 rəbiül-əvvəl və ya 27 rəcəb gecəsində, yaxud rəcəb ayının ilk cüməsinin gecəsində baş verdiyi yazılıb. Əsasən şiə məzhəbində ramazanın 19-cu gecəsi, əhli-sünnə dünyasında isə rəcəb ayının 27-ci gecəsi merac gecəsi kimi qeyd edilir.