"İslam-azeri.az" internet qəzetinin baş redaktoru Ramin Bayramov saxlanıb
Bu barədə APA-ya vəkil Elçin Namazov məlumat verib. E. Namazov bildirib ki, R. Bayramov avqustun 11-də saxlanılıb: "Guya onun üzərində axtarış aparıb və üzərindən narkotik vasitə götürüblər. Dünən onun Xırdalan şəhərində yerləşə mənzilində axtarış da aparılıb. Mənzilindən isə tapança, yeddi ədəd güllə və daraq çıxıb".
Elçin Namazov Ramin Bayramovun barəsində hələlik həbs-qətimkan tədbirinin seçilmədiyini bildirib.