Hazırkı lideri Bəşər Əsəd olmasa Suriyanın vəziyyəti daha yaxşı ola bilər. ABŞ prezidenti Barak Obama bu fikirdədir.
Obama Suriya liderini dinc nümayişçilərə divan tutmaqda günahlandırıb.
Bu arada Suriya hərbi qüvvələri hökumət əleyhinə çıxışları yatırmaq üçün ölkənin şimal-şərqindəki bir sıra yaşayış məntəqələrinə daxil olublar.