POPULYARXƏBƏRLƏR

Əli Əhmədov: "Həsən Firuzabadinin fikirləri İran rəhbərliyinin qonşu Azərbaycana dair dəfələrlə səsləndirdiyi rəsmi münasibətlə daban-dabana ziddir"

"İran Silahlı Qüvvələrin baş qərargah rəisi Seyid Həsən Firuzabadın qonşu dövlət və onun xalqı haqqında belə məsuliyyətsiz bəyanat səsləndirməsinə ancaq təəssüflənmək olar. İnanmaq istəyirəm ki, bu onun şəxsi fikirləridir və İran hökumətinin mövqeyini əks etdirmir.

Qonşu dövlətin hərbçisinin Azərbaycan haqqında dedikləri nəinki ölkələrimiz və xalqlarımız arasında olan tarixi əlaqələrin və müasir münasibətlərinin ruhuna uyğun deyil, habelə İran rəhbərliyinin qonşu Azərbaycana dair dəfələrlə səsləndirdiyi rəsmi münasibəti ilə daban-dabana ziddir". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Əhmədov İran Silahlı Qüvvələri baş qərargah rəisi Seyid Həsən Firuzabadın bu günlərdə Azərbaycan dövləti və xalqı haqqında məsuliyyətsiz bəyanatını APA-ya şərh edərkən deyib.

Ə. Əhmədov agentliyin sualına cavabında bildirib ki, Azərbaycan suveren, dünyəvi dövlət olaraq xalqımıza mənsub milli və mənəvi dəyərlərə hörmətlə yanaşır, müstəqil daxili və xarici siyasət yeridir, öz xalqının inkişafı naminə əzəmətli layihələr həyata keçirir: "Ölkəmizin nailiyyətləri, sürətli inkişafı bütün dünyada hörmətlə qarşılanır. Bugünkü Azərbaycanın, onun rəhbərinin bölgəmizdə və beynəlxalq aləmdə hörməti və nüfuzu hamıya, o cümlədən İran vətəndaşlarına yaxşı bəllidir. Dostlarımız Azərbaycanın bu inkişafına sevinir. Azərbaycan kiminsə xoşuna gəlmək üçün deyil, müstəsna olaraq xalqın və dövlətin maraqları naminə tam müstəqil siyasət yeridir. Onu bu yoldan uğursuz təzyiqlər vasitəsi ilə döndərmək istəyənlər ciddi səhvə yol verirlər. Azərbaycan dövlətinin gücü onun seçdiyi yolun doğru olmasında, xalqın öz dövlətini və prezidentini qətiyyətlə dəstəkləməsindədir. İran hərbçisinin qonşu dövlət kimi Azərbaycana qarşı iradlar bildirməsi üçün də heç bir əsas yoxdur. Azərbaycan İrana münasibətdə qonşuluq və dostluq haqqından irəli gələn mənəvi borcuna sadiqliyini dəfələrlə sübuta yetirib. Onu da unutmaq olmaz ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb. Qonşuluq münasibətlərindən və müsəlman həmrəyliyindən danışarkən ilk öncə bu suala cavab verməlisən: bizdən nə isə umanlar Azərbaycana qarşı təcavüzün aradan qaldırılması üçün hər hansı ciddi addım atıblarmı?! İranın ölkəmizə təcavüz etmiş Ermənistanla dostluğu, - bəziləri onu "qardaşlıq" adlandırmaqdan da çəkinmirlər - hamıya məlumdur. Etiraf etmək lazımdır ki, bu vəziyyət müsəlman həmrəyliyindən və ya islam dəyərlərinə sayğıdan söhbət açmağa heç bir əl yeri qoymur. İranın rəsmi nümayəndəsinin Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı hörmətsiz ifadələr işlətməsi tamamilə yersiz və dözülməzdir. Unudulmamalıdır ki, İran əhalisinin yarıdan çoxu etnik azərbaycanlılardır. Azərbaycan dövlətinə və azərbaycanlılara hörmətsizlik həm də İranın azərbaycanlı əhalisinə böyük hörmətsizlikdir. Azərbaycan dünyada 50 milyonluq böyük bir xalqın, beynəlxalq birlik tərəfindən hörmət edilən, sürətlə inkişaf edən və ciddi perspektivləri olan dövlətin adıdır. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu adla fəxr edir. Azərbaycan sözünə hörmətsizlik edən, yəqin ki, böyük səhvə yol verdiyini anlaya bilmir. Öz gözündə tiri görməyib, başqalarının gözündə tük axtarmaq yaxşı vərdiş deyil. Prezident seçkilərində iştirak edən, hətta çoxlarının inandığı kimi, o seçkiləri udanlar Azərbaycanda həbs olunmur. Bəzi ölkələr kimi, dünya birliyi Azərbaycana qarşı sanksiyalar tətbiq etmir. İranda Azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulması faktları isə artıq BMT səviyyəsinə gedib çıxıb. Əlbəttə, bu siyahı uzadıla da bilər...

İranın baş qərargah rəisinin ölkəmiz və xalqımız haqqında dediklərini qətiyyətlə pisləyir, bunu Azərbaycana və onun rəhbərliyinə qarşı həm hörmətsizlik, həm də uğursuz təzyiq göstərmək cəhdi hesab edirəm. Qəti əmin olduğumu bildirirəm ki, belə məsuliyyətsiz bəyanatlar Azərbaycan-İran münasibətlərinin inkişafına xidmət etmir, əksinə, qonşu, dost və qardaş xalqlarının qədim tarixi əlaqələri və ənənələri üzərinə kölgə salır".



Yerləşdirilib:12 Avqust, 2011  13:36, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com