Yoxlamalar vaxtı bəzi ev və mehmanxanaların təhlükəsizlik qaydalarına cavab vermədiyini aşkar edilib
Müsəlmanların dekabr ayında Səudiyyə Ərəbistanına başlayacaq Həcc ziyarəti ərəfəsində problem yaranıb. Belə ki, Məkkə şəhər rəhbərliyi zəvvarların yerləşdirilməsi üçün bəzi mehmanxana və şəxsi evlərdən istifadə edilməsinə icazə verməyib.
Xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, aparılmış yoxlamalar, binaların təhlükəsizlik qaydalarına uyğun gəlmədiyini üzə çıxarıb. İlkin hesablamalara görə, mehmanxanaların və evlərin sahibləri təxminən 135 milyon dollar gəlirdən məhrum ola bilərlər. Aşkar edilən bu nöqsanların Həcc ziyarətinin başlanmasına bir aya yaxın vaxt qaldığı zaman aradan qaldırılması mümkün deyil.