ƏZİZ DOSTLAR! CƏMİ 25 AZN ÖDƏMƏKLƏ SİZ, SOMALİDƏ BİR UŞAĞIN BİR AYLIQ YEMƏYİNİ TƏMİN ETMİŞ OLURSUZ.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə Müqəddəs Ramazan ayı ərzində ərzaq yardımının təşkili üzrə beynəlxalq xeyriyyə kampaniyasına başlamışdır. Kampaniyanın əsas məqsədi Somalidə aclıq çəkənlərə yardım etmək istəyənlərin fəaliyyətini koordinasiya etmək, ianələrin mərkəzləşdirilmiş və şəffaf formada toplanmasını, toplanmış vəsaitin Somalidə aclıq çəkənlərə çatdırılmasını təşkil etməkdir. Azərbaycan Respublikası ərazisində yardım kampaniyasının təşkili İKGF-nun Avrasiya Regional Mərkəzi tərəfindən həyata keçiriləcəkdir.
Bununla bağlı İslam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə yardım etmək istəyənləri Ramazan ayının 25-nə kimi (avqustun 25-26-sı) öz ianəsini kampaniyanın hesabına keçirməyə dəvət edir. Vəsaitlər kampaniyanın gedişatı ərzində Somaliyə çatdırılmağa başlayacaqdır.
Yardım etmək istəyənlər vəsaitləri İKGF-nun
DƏ-İKGF Avrasiya Üzrə Regional Mərkəz
Azərbaycan Beynəlxalq Bankı Səbail filialı
HESAB No 33409019442412143209
S.W.I.F.T. KOD: IBAZAZ2X
KOD: 805551
VÖEN: 9900001881
CORR. ACC: 0137010002944
saylı bank hesabına köçürə bilər, ya da İKGF-nin Bakı ofisinin 598 11 62 nömrəli telefonuna zəng edərək deyilən ünvanlarda nağd ödəyə bilərlər. Ödənişlərin minimal həddi yoxdur. Bütün ödənişlərə müvafiq rəsmi qəbz verilir.
ƏZİZ DOSTLAR! CƏMİ 25 AZN ÖDƏMƏKLƏ SİZ, SOMALİDƏ BİR UŞAĞIN BİR AYLIQ YEMƏYİNİ TƏMİN ETMİŞ OLURSUZ.