Sionist rejimin Məscidül-Əqsada fələstinli möminlərin sayına məhdudiyyətlər tətbiq etməsi tədbirlərinə rəğmən, mübarək Ramazan ayının ilk cüməsində 100 mindən artıq fələstinli namaza qatılıb, - "İQNA" xəbər verir.
Fələstinlilər 1948-cu ildən bəri sionist işğalına məruz qalmış bir çox Fələstin şəhərlərindən və Qüdsdən namaza qatılmaq üçün Məscidül-Əqsaya izdihamlı axın etmişlər. Nəticədə fələstinlilər işgalçı qüvvələr tərəfindən hərbi tədbirlərin görülməsinə rəğmən özlərini mübarək Ramazan ayının ilk cümə namazına yetişdirməyi bacarmışlar.